Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Birləşmiş İdman” (Unified Sports) proqramı çərçivəsində “03 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nə həsr olunmuş oğlanlar və qızlar arasında florbol yarışı keçirilib.

Yarışlarda xüsusi və yardımçı internat məktəblərinin nümayəndələri iştirak ediblər. Ümumilikdə 8 komandanın mübarizə apardığı yarışın sonunda qalib kollektivlər medal, diplom və xüsusi hədiyyələrlə təltif olunublar.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Avropa Basketbol Həftəsi” çərçivəsində “Birləşmiş İdman” proqramı üzrə oğlan və qızlardan ibarət “3×3 Basketbol” turniri keçirilib.

​Yarışlarda xüsusi və yardımçı internat məktəblərinin nümayəndələri iştirak edib. Ümumilikdə, 11 komandanın mübarizə apardığı turnirin sonunda qalib gələn kollektivlər medal, diplom və xüsusi hədiyyələrlə təltif ediliblər.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər. Ümumilikdə, 50-yə yaxın idmançı mübarizə aparıb. Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə stolüstü tennis üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər. Ümumilikdə, 70-ə yaxın idmançı seçmə mərhələdə mübarizə aparıb. Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletika komandasının üzvləri 16-19 oktyabr 2025-ci il tarixində İspaniyanın Kastelon şəhərində keçirilən “Special Olympics Meeting Castellon 2025” beynəlxalq atletika turnirində uğurla çıxış ediblər. Komandamız vətənə ümumilikdə 8 medalla dönüb.

İdmançılarımızı təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq! Nəticələr: Xəlilova Aytac – 25 m yeriş: II yer, 25 m qaçış: I yer Muradov Kamil – 50 m yeriş: III yer, 25 m qaçış: III yer Qəniyev Səid – 100 m yeriş: IV yer, 200 m qaçış: IV yer İbrahimli İslam – 50 m yeriş: IV […]

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə atletika üzrə oğlanlar və qızlar arasında seçmə yarışı keçirilib.

Tədbirdə Qeyri Hökümət Təşkilatlarının, İctimai Birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, həmçinin autizm və daun sindromu mərkəzlərinin və təşkilatlarının nümayəndələri iştirak ediblər. Ümumilikdə 100-ə yaxın idmançı seçmə mərhələdə 15 divizionda mübarizə aparıb. Qalib gələn iştirakçılar medallarla təltif olunublar.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Xüsusi Olimpiya Festivalı keçirilib

Festivalın açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, dövlət qurumlarının və qeyri hökümət təşkilatlarının təmsilçiləri, həmçinin olimpiya çempionları, tanınmış idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əlilliyi olan şəxslərin idmana cəlb edilməsi, onların cəmiyyətə inteqrasiyasının təşviq olunması, həmçinin bacarıq və istedadlarının geniş auditoriyaya təqdim edilməsi məqsədi daşıyan festivalda iştirakçılar […]

Xüsusi olimpiya atletlərimiz beynəlxalq arenaya doğru!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin 8 nəfərdən ibarət idmançı heyəti 2025-ci il oktyabrın 16-da İspaniyanın Kastelon şəhərində keçiriləcək “Special Olympics Meeting Castellon 2025” beynəlxalq turnirində ölkəmizi atletika idman növündə təmsil edəcək. Onlar yarışqabağı məşqlər edirlər. Turnirdə 400-dən çox idmançının iştirakı gözlənilir. İdmançılarımıza uğurlar, bol enerji və qalib ruh arzulayırıq!