Görüş zamanı inklüziv idmanın inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunması istiqamətində həyata keçirilən layihələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə baş direktoru Kşiştof Krukovski, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov və digər rəsmilər iştirak ediblər.



