Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Parisdə keçiriləcək “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirində ölkəmizi təmsil edəcək idmançılarla görüşüb.

Bu ilin 6–11 iyul tarixlərində keçiriləcək yarışda ölkəmizi Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) yığma komandası təmsil edəcək.

V.Behbudov idmançılar və məşqçi heyəti ilə görüşüb, turnirə hazırlıq prosesini aktiv şəkildə davam etdirən yığma komandanın məşq prosesini izləyib.

Sədr komanda üzvlərinə qarşıdakı məsuliyyətli yarışda uğurlar arzulayıb, onların Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə və vətənə qələbə ilə dönəcəklərinə əminliyini ifadə edib.

Xüsusi olimpiyaçılarımıza uğurlar arzulayırıq!