Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən Xüsusi Olimpiya üzgüçülük bölməsinin rəsmi açılış mərasimi keçirildi.

Tədbirin əsas məqsədi əqli imkanları məhdud olan şəxslərin üzgüçülük idman növünə cəlb edilməsi, onların fiziki inkişafının dəstəklənməsi və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi idi. Yeni yaradılan üzgüçülük bölməsi iştirakçılara peşəkar məşq imkanları təqdim etməklə yanaşı, onların sosial bacarıqlarının inkişafına da töhfə verdi. Açılış mərasimində Xüsusi Olimpiya Komitəsinin və Üzgüçülük Federasiyasının nümayəndələri, məşqçilər, idmançılar və media nümayəndələri iştirak […]

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin badminton vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir. Sənəd çərçivəsində tərəflər ölkədə badmintonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, maarifləndirici tədbirlərin, […]

Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “21 – mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü“ nə həsr olunmuş stolüstü tennis yarışı keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, həmçinin autizm mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər. Ümumilikdə 60-a yaxın idmançı seçmə mərhələdə mübarizə aparıb. Qalib və mükafatçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin adaptiv cüdo vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir. Sənəd çərçivəsində tərəflər ölkədə adaptiv cüdonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, […]

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər. Turnirdə “Yelo Bank”ın nəzdində fəaliyyət göstərən bədminton klubunun uşaqları da iştirak edib. Klub ötən ilin sentyabrında Azərbaycan Badminton Federasiyasının təşəbbüsü, “Yelo Bank” və DOST Agentliyinin dəstəyi ilə yaradılıb. Ümumilikdə 50-yə yaxın idmançı mübarizə […]

28 fevral – 1 mart 2026-cı il tarixlərində Şüvəlan Ağır Atletika Akademiyasında pauerliftinq və bench press üzrə Azərbaycan Respublika Çempionatı keçirilib. Yarışda Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları da iştirak edərək yüksək nəticələr nümayiş etdiriblər.

Yarışlarda xüsusi olimpiyaçıların nəticələri: Eminov Samir (53 kq çəki dərəcəsi) Çiyində ştanqla oturub-durma – 50 kg Uzanaraq ştanqın sıxılması – 20 kq Ştanqın yerdən qaldırılması – 80 kq Toplam nəticə – 150 kq Abbasov Qədim (83 kq çəki dərəcəsi) Çiyində ştanqla oturub-durma – 80 kq Uzanaraq ştanqın sıxılması – 52,5 kq Ştanqın yerdən qaldırılması – […]

Su çərşənbəsində Xüsusi Olimpiya Komitəsi və Üzgüçülük Federasiyası əməkdaşlıq memorandumu imzaladı.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Üzgüçülük Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin üzgüçülük idmanı vasitəsilə reabilitasiyası və fiziki-psixoloji inkişafının dəstəklənməsi, idmançılar üçün əlçatan və sağlam mühitin yaradılması, birgə yarışların təşkili və inklüziv idmanın təşviqidir. Sənədə əsasən, tərəflər ölkədə Xüsusi Olimpiyaçılar üçün üzgüçülük idman növünün inkişafı, əqli imkanları […]