Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin yarımfinal mərhələsində Kot-d’İvuar yığmasını 6:0 hesabı ilə məğlub edərək finala çıxıb.
Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında ABŞ Xüsusi Olimpiya millisi Honq Konq yığmasını 5:0 hesabı ilə məğlub edərək finala çıxıb.
Yığmamız bu gün ABŞ Xüsusi Olimpiya millisi ilə final oyununa çıxacaq.
Komandamıza uğurlar arzulayırıq!



