Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da uğurla çıxış edən atletlər və məşqçilərlə görüşüb.

Vüqar Behbudov atletləri komanda estafetində qazandıqları qələbə və fərdi yarışlarda əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, onların hazırlanmasında əməyi olan məşqçilərə təşəkkürünü bildirib. ​Komitə sədri idmançılara gələcək yarışlarda yeni nailiyyətlər və uğurlar arzulayıb.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi tərəflər arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihə və tədbirlərin həyata keçirilməsi, eləcə də əqli imkanları məhdud şəxslərin idmana cəlb olunmasına və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir. Əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Memorandum Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev və Azərbaycan […]

İdmançılarımız pauerliftinq və benç-press üzrə Azərbaycan Kubokunda qızıl medallar qazanıblar!

Şüvəlan Ağır Atletika Akademiyasında pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib. Yarışda Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları da iştirak edərək yüksək nəticələr nümayiş etdirib və qızıl medallar qazanıblar. Xüsusi olimpiyaçıların nəticələri: Samir Eminov (59 kq çəki dərəcəsi) * Çiyində ştanqla oturub-durma: 55 kq * Uzanaraq ştanqın sinədən sıxılması: 22,5 kq * Ştanqın yerdən qaldırılması: […]

Azərbaycan komandası Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da estafet üzrə birinci yerə layiq görülüb!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da 4×50 m sərbəst üsulla komanda estafet yarışında 3:14.55 nəticə ilə birinci yerə layiq görülüblər! Atletlərimiz fərdi yarışlarda da uğurla çıxış edərək mükafatlı yerlər tutublar. Fərdi yarışların final mərhələsində əldə olunan nəticələr: Mirqayıb Rəsulov – 50 m batterflay: 0:32.70 (2-ci yer) Mirqayıb […]

Bağlanış mərasimi

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-nın bağlanış mərasimi keçirilib

Maltadan xoş anlar

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026 çərçivəsində ölkəmizi təmsil edən atletlərimiz Malta ilə yaxından tanış olublar. Gəzinti zamanı onlar ölkənin görməli yerlərini ziyarət edib, xoş anlar yaşayıblar.

Divizionlara bölünmə mərhələsi

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026 çərçivəsində atletlərin divizionlara bölünmə mərhələsi keçirilib. Atletlərimizə qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin üzgüçülük atletləri “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026” turnirində iştirak etmək üçün Maltaya yola düşüb. Atletlərimizə uğurlar və yüksək nəticələr arzulayırıq!