Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da 4×50 m sərbəst üsulla komanda estafet yarışında 3:14.55 nəticə ilə birinci yerə layiq görülüblər!
Atletlərimiz fərdi yarışlarda da uğurla çıxış edərək mükafatlı yerlər tutublar.
Fərdi yarışların final mərhələsində əldə olunan nəticələr:
Mirqayıb Rəsulov – 50 m batterflay: 0:32.70 (2-ci yer)
Mirqayıb Rəsulov – 50 m sərbəst üsul: 0:31.26 (2-ci yer)
Georgiy Qəniyev – 50 m arxasıüstə üzmə: 0:38.60 (2-ci yer)
Georgiy Qəniyev – 50 m sərbəst üsul: 0:31.47 (3-cü yer)
Ağasəlim Abdullayev – 25 m brass üsulu: 0:29.18 (2-ci yer)
Ağasəlim Abdullayev – 50 m brass üsulu: 1:04.80 (4-cü yer)
Məhəmməd Əli – 50 m arxasıüstə üzmə: 1:19.92 (3-cü yer)
Məhəmməd Əli – 50 m sərbəst üsul: 1:09.64 (6-cı yer)
Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da atletlərimizin qazandıqları uğurlarda əməyi olan baş məşqçi Elvin Hüseynova və məşqçi köməkçisi Yuliya Dubrovinaya təşəkkür edirik! Atletlərimizin hazırlığına göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarıq!
Atletlərimizi təbrik edirik və onlara qarşıdakı yarışlarda yeni uğurlar arzulayırıq!







