Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da uğurla çıxış edən atletlər və məşqçilərlə görüşüb.

Vüqar Behbudov atletləri komanda estafetində qazandıqları qələbə və fərdi yarışlarda əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, onların hazırlanmasında əməyi olan məşqçilərə təşəkkürünü bildirib.

​Komitə sədri idmançılara gələcək yarışlarda yeni nailiyyətlər və uğurlar arzulayıb.