IMG_4756

Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “21 – mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü“ nə həsr olunmuş stolüstü tennis yarışı keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, həmçinin autizm mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ümumilikdə 60-a yaxın idmançı seçmə mərhələdə mübarizə aparıb.

Qalib və mükafatçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Item #1