Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “21 – mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü“ nə həsr olunmuş stolüstü tennis yarışı keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, həmçinin autizm mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər. Ümumilikdə 60-a yaxın idmançı seçmə mərhələdə mübarizə aparıb. Qalib və mükafatçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.