Gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə vitse-prezidenti Miroslav Kroquletsi qəbul edib.

Görüş zamanı inklüziv idmanın inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunması istiqamətində həyata keçirilən layihələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə baş direktoru Kşiştof Krukovski, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov və digər rəsmilər iştirak ediblər.
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə vitse-prezidenti Miroslav Kroqulets ilə görüş keçirib.

Görüş çərçivəsində Xüsusi Olimpiya hərəkatının inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, idman proqramlarının təşkili və qarşıdakı dövr üçün nəzərdə tutulan birgə layihələr müzakirə olunub. Görüşdə həmçinin Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə baş direktoru Kşiştof Krukovski, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin milli direktoru Rövşən Məmmədov və müşavir Murad Həşimov iştirak ediblər.