Azərbaycan komandası Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da estafet üzrə birinci yerə layiq görülüb!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da 4×50 m sərbəst üsulla komanda estafet yarışında 3:14.55 nəticə ilə birinci yerə layiq görülüblər! Atletlərimiz fərdi yarışlarda da uğurla çıxış edərək mükafatlı yerlər tutublar. Fərdi yarışların final mərhələsində əldə olunan nəticələr: Mirqayıb Rəsulov – 50 m batterflay: 0:32.70 (2-ci yer) Mirqayıb […]

Bağlanış mərasimi

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-nın bağlanış mərasimi keçirilib

Maltadan xoş anlar

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026 çərçivəsində ölkəmizi təmsil edən atletlərimiz Malta ilə yaxından tanış olublar. Gəzinti zamanı onlar ölkənin görməli yerlərini ziyarət edib, xoş anlar yaşayıblar.

Divizionlara bölünmə mərhələsi

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026 çərçivəsində atletlərin divizionlara bölünmə mərhələsi keçirilib. Atletlərimizə qarşıdakı yarışlarda uğurlar arzulayırıq!

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin üzgüçülük atletləri “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026” turnirində iştirak etmək üçün Maltaya yola düşüb. Atletlərimizə uğurlar və yüksək nəticələr arzulayırıq!

Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026

23–26 sentyabr tarixlərində Sarayevo şəhərində (Bosniya və Herseqovina) Kata və Veteranlar arasında Cüdo üzrə Dünya Çempionatı çərçivəsində “Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026” keçiriləcək. Turnirdə ölkəmizi Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri təmsil edəcəklər. ​Hazırda idmançılarımız yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.

Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri 10–14 sentyabr tarixlərində Maltada keçiriləcək “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı – Malta”da ölkəmizi təmsil edəcəklər. Hazırda komitənin atletləri yarışa hazırlıq çərçivəsində təlim-məşq prosesini davam etdirirlər.

“Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turniri başa çatdı.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası turniri möhtəşəm qələbə ilə başa vuraraq Dünya Kubokunun çempionu oldu. Komandamızı, məşqçilərimizi və nümayəndə heyətimizi ürəkdən təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar və qələbələr arzulayırıq!