Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı Malta 2026-da uğurla çıxış edən atletlər və məşqçilərlə görüşüb.

Vüqar Behbudov atletləri komanda estafetində qazandıqları qələbə və fərdi yarışlarda əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib, onların hazırlanmasında əməyi olan məşqçilərə təşəkkürünü bildirib. Komitə sədri idmançılara gələcək yarışlarda yeni nailiyyətlər və uğurlar arzulayıb.
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi tərəflər arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihə və tədbirlərin həyata keçirilməsi, eləcə də əqli imkanları məhdud şəxslərin idmana cəlb olunmasına və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir. Əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Memorandum Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev və Azərbaycan […]