“Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turniri başa çatdı.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası turniri möhtəşəm qələbə ilə başa vuraraq Dünya Kubokunun çempionu oldu. Komandamızı, məşqçilərimizi və nümayəndə heyətimizi ürəkdən təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar və qələbələr arzulayırıq!

“Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” Azərbaycanın Birləşmiş Futbol yığma komandası finalda!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin yarımfinal mərhələsində Kot-d’İvuar yığmasını 6:0 hesabı ilə məğlub edərək finala çıxıb. Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında ABŞ Xüsusi Olimpiya millisi Honq Konq yığmasını 5:0 hesabı ilə məğlub edərək finala çıxıb. […]