Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə Birləşmiş İdman (Unified Sports) proqramı çərçivəsində oğlanlar və qızlar arasında yarış keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu üzrə ixtisaslaşmış mərkəzlərin nümayəndələri iştirak ediblər.

Ümumilikdə 70-ə yaxın idmançının mübarizə apardığı turnirin yekununda qaliblər medal, diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, bu yarış 18–22 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək “Xüsusi Olimpiya Avropa Badminton Turniri – Bakı 2026”ya hazırlıq xarakteri daşıyır. Xüsusi Olimpiya Avropa Badminton Turniri tarixində ilk dəfə olaraq Asiya regionunda – Azərbaycanda təşkil ediləcək. Mötəbər turnirdə 18 ölkədən 150-yə yaxın nümayəndənin iştirakı gözlənilir.

Atletlərimizə qarşıdakı beynəlxalq turnirdə uğurlar arzulayırıq!