Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə Birləşmiş İdman (Unified Sports) proqramı çərçivəsində oğlanlar və qızlar arasında yarış keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu üzrə ixtisaslaşmış mərkəzlərin nümayəndələri iştirak ediblər. Ümumilikdə 70-ə yaxın idmançının mübarizə apardığı turnirin yekununda qaliblər medal, diplom və xatirə hədiyyələri ilə təltif olunublar. Qeyd edək ki, bu yarış 18–22 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək “Xüsusi Olimpiya Avropa […]