Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Komitənin məşqçiləri ilə görüşüb.

Görüş zamanı atletlərin hazırlıq prosesi, eləcə də yerli və beynəlxalq yarışlarla bağlı gələcək planlar müzakirə olunub.

Həmçinin atletlərin gələcək yarışlara hazırlığının daha da təkmilləşdirilməsi, məşq prosesinin təşkili və qarşıdakı fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Vüqar Behbudov məşqçilərə fəaliyyətlərində uğurlar arzulayıb və qarşıdakı yarışlarda atletlərə yeni nailiyyətlər diləyib.