Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Komitənin məşqçiləri ilə görüşüb.

Görüş zamanı atletlərin hazırlıq prosesi, eləcə də yerli və beynəlxalq yarışlarla bağlı gələcək planlar müzakirə olunub. Həmçinin atletlərin gələcək yarışlara hazırlığının daha da təkmilləşdirilməsi, məşq prosesinin təşkili və qarşıdakı fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Vüqar Behbudov məşqçilərə fəaliyyətlərində uğurlar arzulayıb və qarşıdakı yarışlarda atletlərə yeni nailiyyətlər diləyib.

Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026-da iştirak etmək üçün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya yola düşüb. Atletlərimizə uğurlar və yüksək nəticələr arzulayırıq!

Mövlud Mirəliyev növbəti dəfə dünya çempionu oldu!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında növbəti böyük uğura imza atıb. M5 yaş kateqoriyasında, -100 kq çəki dərəcəsində mübarizə aparan prezidentimiz bütün görüşlərini parlaq qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıb. Bu möhtəşəm nəticə ilə Mövlud Mirəliyev karyerasında dördüncü dəfə […]