Mövlud Mirəliyev növbəti dəfə dünya çempionu oldu!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında növbəti böyük uğura imza atıb.

M5 yaş kateqoriyasında, -100 kq çəki dərəcəsində mübarizə aparan prezidentimiz bütün görüşlərini parlaq qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıb.

Bu möhtəşəm nəticə ilə Mövlud Mirəliyev karyerasında dördüncü dəfə veteranlar arasında dünya çempionatının qızıl medalına sahib çıxıb!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin kollektivi adından Mövlud Mirəliyevi bu böyük və qürurverici nailiyyət münasibətilə samimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni-yeni zirvələr arzulayırıq!