Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi tərəflər arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihə və tədbirlərin həyata keçirilməsi, eləcə də əqli imkanları məhdud şəxslərin idmana cəlb olunmasına və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsidir.

Əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Memorandum Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev və Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev tərəfindən imzalanıb.