“Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” Azərbaycanın Birləşmiş Futbol yığma komandası finalda!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin yarımfinal mərhələsində Kot-d’İvuar yığmasını 6:0 hesabı ilə məğlub edərək finala çıxıb.
Qeyd edək ki, digər yarımfinal qarşılaşmasında ABŞ Xüsusi Olimpiya millisi Honq Konq yığmasını 5:0 hesabı ilə məğlub edərək finala çıxıb.
Yığmamız bu gün ABŞ Xüsusi Olimpiya millisi ilə final oyununa çıxacaq.
Komandamıza uğurlar arzulayırıq!