Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə vitse-prezidenti Miroslav Kroqulets ilə görüş keçirib.

Görüş çərçivəsində Xüsusi Olimpiya hərəkatının inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, idman proqramlarının təşkili və qarşıdakı dövr üçün nəzərdə tutulan birgə layihələr müzakirə olunub.

Görüşdə həmçinin Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə baş direktoru Kşiştof Krukovski, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin milli direktoru Rövşən Məmmədov və müşavir Murad Həşimov iştirak ediblər.