Qlazqo - Avropa Oyunları
1990-cı ildə hələ SSRİ Xüsusi Olimpiya Komitəsinin tərkibində olarkən Şotlandiyanın paytaxtı Qlazqo şəhərində Avropa Oyunlarında yüngül atletlərimiz 5 qızıl və 1 gümüş medal əldə olunub.
ABŞ - Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları
1991-ci ilin yayında ABŞ-ın Minniapolis şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında qızlardan ibarət həndbolçularımız qızıl, oğlan həndbolçularımız isə gümüş medallara layiq görülüblər.
İspaniya - Paralimpiya oyunları
1992-ci il Barselona Paralimpiya Oyunlarından sonra Madriddə əqli imkanı məhdud olan atletlər üçün Paralimpiya Oyunları keçirildi. Bu yarışlarda 70-dən çox ölkə iştirak edirdi.
Olqa Kovalın çıxışı:
Təqdim etdiyiniz mətnə və tarixi protokollara əsasən, Olqa Koval üzgüçülük yarışlarında fenomenal nəticə göstərmişdir:
Komanda: O, qızlardan ibarət üzgüçülük komandasının tərkibində çıxış edirdi. O dövrdə keçmiş SSRİ respublikaları çox vaxt "Birləşmiş Komanda" (EUN/CEI) adı altında iştirak edirdilər, çünki milli komitələr hələ yeni formalaşırdı.
Nailiyyətləri: Olqa Koval müxtəlif məsafələrdə 3 qızıl medal qazanmışdır.
Nəticələr (arxiv məlumatlarına görə):
100 m brass: 1-ci yer.
50 m brass: 1-ci yer.
100 m sərbəst üsul: 1-ci yer.
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) 1996-cı il fevralın 9-da yaradılmışdır.
ABŞ - Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları
1995-ci ildə ABŞ-ın Konnektikut ştatının Nyu-Heven şəhərində növbəti Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında atletika, ağırlıq qaldırma, üzgüçülük, stolüstü tennis və basketbol komandalarından ibarət nümayəndə heyətimiz 30 qızıl, 21 gümüş və 15 bürünc medala sahib olublar.
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) 1996-cı il fevralın 9-da yaradılmışdır.
Kanada - Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları
1997-ci ildə Kanadanın Toronto şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında döşəmə üzərində hokkey komandamız gümüş medallar qazanıb.
ABŞ - Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları
1999-cu ildə ABŞ-ın Şimali Karolina ştatının Rali şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında idmançılarımız (atletika, pauerliftinq, üzgüçülük, stolüstü tennis, basketbol, mini-futbol) 9 qızıl, 3 gümüş və 3 bürünc medalla qayıdıblar.
Hollandiya - Xüsusi Yay Avropa Oyunlarında
2000-ci ildə Hollandiyanın Qroningen şəhərində Xüsusi Yay Avropa Oyunlarında 12 qızıl, 8 gümüş, 3 bürünc medal əldə olunub.
ABŞ - Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları
2001-ci ildə isə ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarında döşəmə üzərində hokkey komandamız bürünc medal qazanıb.
İrlandiya - Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları
2003-cü ildə İrlandiyanın paytaxtı Dublin şəhərində növbəti Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında basketbol, mini-futbol, həndbol, atletika, stolüstü tennis, pauerliftinq, üzgüçülük və badminton idman növləri üzrə 14 qızıl,11 gümüş və 10 bürünc medal qazanılıb.
Yaponiya - Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları
2005-ci ilin fevralında döşəmə üzərində xokkey komandamız Yaponiyanın Naqano şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarının bürünc medallarını əldə ediblər.
İtaliya - Xüsusi Yay Avropa Oyunları
2006-cı ildə idmançılarımız İtaliyanın paytaxtı Roma şəhərində keçirilən Gənclərin Xüsusi Yay Avropa Oyunlarında iştirak edərək aşağıdakı nəticələri göstərilib:
Üzgüçülərdən ibarət yığma komandamız 2 qızıl, 1 gümüş, 3 bürünc medal əldə ediblər.
Atletika üzrə yığma komandamız 3 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıblar.
Basketbolçularımız isə yarışların II divizionunda III yer uğrunda Serbiya və Çernoqoriya yığma komandasına 25-23 hesabı ilə qalib gələrək yarışların bürünc medallarına layiq görülüblər.
Yekun olaraq nümayəndə heyətimiz oyunlarda 5 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb.
Özbəkistan - Beynəlxalq Açıq Milli Oyunlar
2007-ci ildə Özbəkistanın Buxara şəhərində Xüsusi Olimpiya Komitəsinin gimnastika, atletika, basketbol və badminton növləri üzrə Beynəlxalq Açıq Milli Oyunları keçirilmişdir. Bu Beynəlxalq yarışlarda rəsmi dəvətə görə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət basketbol yığma komandası da iştirak etmişdir. Yığmamız I divizionda Oyunların gümüş medallarına layiq görülüblər.
Özbəkistan - Beynəlxalq Açıq Milli Oyunlar
2007-ci ildə Özbəkistanın Buxara şəhərində Xüsusi Olimpiya Komitəsinin gimnastika, atletika, basketbol və badminton növləri üzrə Beynəlxalq Açıq Milli Oyunları keçirilmişdir. Bu Beynəlxalq yarışlarda rəsmi dəvətə görə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət basketbol yığma komandası da iştirak etmişdir. Yığmamız I divizionda Oyunların gümüş medallarına layiq görülüblər.