AZƏRBAYCAN RESPUBLİKASI XÜSUSİ OLİMPİYA KOMİTƏSİNİN İDMANÇILARI “XÜSUSİ OLİMPİYA AVROPA BADMİNTON TURNİRİ – BAKI 2026”DA ƏN ÇOX MEDAL QAZANIBLAR🇦🇿🏸🎉
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən “Xüsusi Olimpiya Avropa Badminton Turniri – Bakı 2026”nın bağlanış mərasimi keçirilib.
Ölkəmizdə ilk dəfə təşkil olunan turnirdə 18 ölkənin idmançıları 7 kateqoriya üzrə 24 divizionda yarışıblar. Ümumi medal sayına görə birinci yeri Azərbaycan təmsilçiləri tutublar. İdmançılarımız 10 divizionda çıxış edərək 2 qızıl, 3 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal əldə ediblər.
Bağlanış mərasimində Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov idmançıları təbrik edib. O bildirib ki, üç gün ərzində müxtəlif ölkələrdən gələn iştirakçılar Bakıda bir-birini yaxından tanıyıb və birlikdə yaddaqalan anlar yaşayıblar. Yarışlarda əzmlə mübarizə aparan hər bir idmançının artıq qalib olduğunu vurğulayan Vüqar Behbudov turniri rəsmi olaraq bağlı elan edib.
Azərbaycan idmançılarının divizionlar üzrə nəticələri:
Qadınlar arasında qoşa yarış:
🥉Aybəniz Xasməmmədova və Adilə Rəsulova – bürünc medal
Qadınlar arasında birləşmiş qoşa yarış:
🥇Nigar Kərimova və Həcər Nuriyeva – qızıl medal (1-ci divizion)
Kişilər arasında birləşmiş qoşa yarış:
🥈Yusif Bağırov və Ülvi Hüseynov – gümüş medal (1-ci divizion)
Kişilər arasında qoşa yarış:
🥉Əli Əsədov və Rafiq Həsənzadə – bürünc medal (3-cü divizion)
Maksim Maliqin və Ülvi Musayev – 4-cü yer (3-cü divizion)
Qadınlar arasında fərdi yarış:
Nigar Kərimova – 4-cü yer (2-ci divizion)
🥇Aybəniz Xasməmmədova – qızıl medal (4-cü divizion)
🥈Adilə Rəsulova – gümüş medal (4-cü divizion)
Kişilər arasında fərdi yarış:
🥉Yusif Bağırov – bürünc medal (7-ci divizion)
🥉Rafiq Həsənzadə – bürünc medal (8-ci divizion)
Maksim Maliqin – 4-cü yer (9-cu divizion)
🥈Əli Əsədov – gümüş medal (10-cu divizion)
🥉Ülvi Musayev – bürünc medal (10-cu divizion)
İdmançılarımızı və onların məşqçilərini əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edir, onlara qarşıdakı yarışlarda yeni uğurlar arzulayırıq!