IMG_4723

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə stolüstü tennis üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ümumilikdə, 70-ə yaxın idmançı seçmə mərhələdə mübarizə aparıb.

Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Item #1