IMG_4720

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə atletika üzrə oğlanlar və qızlar arasında seçmə yarışı keçirilib.

Tədbirdə Qeyri Hökümət Təşkilatlarının, İctimai Birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, həmçinin autizm və daun sindromu mərkəzlərinin və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ümumilikdə 100-ə yaxın idmançı seçmə mərhələdə 15 divizionda mübarizə aparıb.

Qalib gələn iştirakçılar medallarla təltif olunublar.

Item #1