IMG_4722

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletika komandasının üzvləri 16-19 oktyabr 2025-ci il tarixində İspaniyanın Kastelon şəhərində keçirilən “Special Olympics Meeting Castellon 2025” beynəlxalq atletika turnirində uğurla çıxış ediblər. Komandamız vətənə ümumilikdə 8 medalla dönüb.

İdmançılarımızı təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq!

Nəticələr:
Xəlilova Aytac – 25 m yeriş: II yer, 25 m qaçış: I yer
Muradov Kamil – 50 m yeriş: III yer, 25 m qaçış: III yer
Qəniyev Səid – 100 m yeriş: IV yer, 200 m qaçış: IV yer
İbrahimli İslam – 50 m yeriş: IV yer, 50 m qaçış: I yer
Baxşıyev Farid – 50 m yeriş: II yer, 100 m qaçış: V yer
Əliyeva Firuzə – 50 m yeriş: VI yer, 50 m qaçış: IV yer
Eyvazova Xədicə – 25 m yeriş: IV yer, 25 m qaçış: I yer
Tağıyeva Mehriban – 50 m yeriş: V yer, 50 qaçış: III yer

Item #1