Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov xüsusi qayğıya ehtiyacı olan şəxslərlə çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov xüsusi qayğıya ehtiyacı olan şəxslərlə çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşün məqsədi Xüsusi Olimpiya hərəkatının inkişaf etdirilməsi, cari fəaliyyətin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi olub. Vüqar Behbudov çıxışında xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasında idmanın mühüm rolunu vurğulayıb, QHT-lərin bu istiqamətdə göstərdiyi fəaliyyəti vurğulayaraq, […]
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3×3 unified (inklüziv birləşmiş idman) basketbol komandası 14–15 iyun tarixlərində Mies ,İsveçrədə keçirilən 3×3 FIBA Open beynəlxalq turnirində uğurla çıxış edib!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3×3 unified (inklüziv birləşmiş idman) basketbol komandası 14–15 iyun tarixlərində Mies ,İsveçrədə keçirilən 3×3 FIBA Open beynəlxalq turnirində uğurla çıxış edib! 🏀🇦🇿🌍 Turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası təmsil olunub. Yarışların ilk günü yoxlama oyunları keçirilib və bu oyunların nəticələrinə əsasən komandamız A qrupunda yer alıb. Komandamız bu […]
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3×3 unified basketbol komandası İsveçrəyə yola düşüb!

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3×3 unified (inkluziv birləşmiş idman) basketbol komandası 14–15 iyun tarixlərində Mies, İsveçrədə keçiriləcək 3×3 FIBA Open beynəlxalq turnirlərində iştirak etmək üçün yola düşüb! 🏀🌍✈️ Komandamıza uğurlar arzulayırıq!
Azərbaycan və İspaniya Xüsusi Olimpiya Təşkilatları arasında görüş keçirilib.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov İspaniyanın Barselona şəhərində İspaniya Xüsusi Olimpiya təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya təşkilati inkişaf və regional dəstək üzrə baş meneceri Qonzalo Ramos, İspaniya Xüsusi Olimpiya hərəkatının icraçı direktoru Maria Fuste və idman direktoru Alvaro Terreros iştirak edib. Vüqar Behbudov Azərbaycan Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti, o cümlədən […]