Atletlərimiz Vətənə 5 medalla qayıdıblar!

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026-da uğurla çıxış edən Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Vətənə qayıdıblar.

Turnirdə atletlərimiz ümumilikdə 5 medal qazanıblar.

Atletlərimizi və məşqçilərimizi əldə etdikləri nailiyyət münasibətilə bir daha təbrik edir, qarşıdakı yarışlarda yeni uğurlar arzulayırıq!