Növbəti uğur: Xüsusi Olimpiya Açıq Cüdo Turniri Sarayevo 2026-da 5 medal!

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri uğurla çıxış edərək Vətənə 5 medalla qayıdırlar!

Atletlərimizin nəticələri:

Kamran Quliyev — G-10 divizionunda I yer
Sadiq Nəzirov — G-2 divizionunda II yer
Yusif Nəsirli — G-7 divizionunda III yer
Adilə Niftəliyeva — G-24 divizionunda III yer
Adilə Niftəliyeva — kata üzrə II yer

Komandamız turniri 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub!

Xüsusi Olimpiya Açıq Cüdo Turniri Sarayevo 2026-da atletlərimizin qazandığı uğurlarda əvəzsiz əməyi olan baş məşqçi Rüfət İsmayılova və məşqçi Samir İsmayılova dərin təşəkkürümüzü bildiririk!

​Həmçinin Kata yarışında atletimiz Adilə Niftəliyeva (Tori — fəndi icra edən) ilə birlikdə peşəkar çıxış edən məşqçi İbrahim Aslanova (Uke — fəndi qəbul edən) xüsusi minnətdarlığımızı ifadə edirik.

​Atletlərimizin hazırlığına və uğurlu çıxışına göstərdiyiniz diqqət, dəstək və zəhmətə görə çox sağ olun!

İdmançılarımızı və məşqçi heyətimizi qazandıqları parlaq qələbə münasibətilə ürəkdən təbrik edir, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayırıq!