Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi keçirilib.

Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İştirakçı ölkələrin paradı keçirildikdən sonra “Ümid Məşəli” tədbirə gətirilib və alovlandırılıb. Beynəlxalq turnirdə Avropa və Avrasiya regionunun 18 ölkəsindən 100-dən çox idmançı və nümayəndə heyəti iştirak edir. Noyabrın 19-dan 21-dək davam edəcək yarışın keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan idmançıların bacarıqlarını nümayiş […]

Gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya regionunun nümayəndə heyəti ilə görüşüb

Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turniri ilə əlaqədar ölkəmizdə səfərdə olan Xüsusi Olimpiya Avropa-Avrasiya (SOEE) regionunun Regional Prezidenti və İdarəedici direktoru Sven Albert və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycanda inklüziv idmanın və Xüsusi Olimpiya hərəkatının inkişafı, Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton […]