Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət yığma komandası beynəlxalq yarışa hazırlıqlarını davam etdirir.

Belə ki, 2026-cı ilin 6–11 iyul tarixlərində Parisdə keçiriləcək “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026”-da ölkəmizi təmsil edəcək Komitənin “Birləşmiş Futbol” (Unified Football) yığma komandası sistemli şəkildə məşq prosesi keçir. Komandanın texniki-taktiki yekun təlim-məşq toplanışından fotoları təqdim edirik.