Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – “Dünyanın İdman Paytaxtı” və “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə “SPLASH for Swimmable Cities” tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri də iştirak edərək sağlam həyat tərzinin, sosial inklüzivliyin və ekoloji dəyərlərin təşviqinə dəstək olublar.