Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə atletika üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.

Tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərin, həmçinin autizm və daun sindromu mərkəzlərinin və təşkilatlarının nümayəndələri iştirak ediblər. Yarışda ümumilikdə 100-ə yaxın idmançı 15 divizion üzrə mübarizə aparıb. Sonda qalib gələn iştirakçılar medallarla təltif olunublar.