Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə florbol üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.

Yarışda xüsusi və yardımçı internat məktəblərinin nümayəndələri iştirak ediblər. Ümumilikdə 6 komandanın mübarizə apardığı yarışın sonunda qalib kollektivlər medal, diplom və xüsusi hədiyyələrlə təltif olunublar.