Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən Xüsusi Olimpiya üzgüçülük bölməsinin rəsmi açılış mərasimi keçirildi.

Tədbirin əsas məqsədi əqli imkanları məhdud olan şəxslərin üzgüçülük idman növünə cəlb edilməsi, onların fiziki inkişafının dəstəklənməsi və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi idi. Yeni yaradılan üzgüçülük bölməsi iştirakçılara peşəkar məşq imkanları təqdim etməklə yanaşı, onların sosial bacarıqlarının inkişafına da töhfə verdi. Açılış mərasimində Xüsusi Olimpiya Komitəsinin və Üzgüçülük Federasiyasının nümayəndələri, məşqçilər, idmançılar və media nümayəndələri iştirak […]