Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin badminton vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir. Sənəd çərçivəsində tərəflər ölkədə badmintonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, maarifləndirici tədbirlərin, […]