Su çərşənbəsində Xüsusi Olimpiya Komitəsi və Üzgüçülük Federasiyası əməkdaşlıq memorandumu imzaladı.

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Üzgüçülük Federasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi əqli imkanları məhdud şəxslərin üzgüçülük idmanı vasitəsilə reabilitasiyası və fiziki-psixoloji inkişafının dəstəklənməsi, idmançılar üçün əlçatan və sağlam mühitin yaradılması, birgə yarışların təşkili və inklüziv idmanın təşviqidir. Sənədə əsasən, tərəflər ölkədə Xüsusi Olimpiyaçılar üçün üzgüçülük idman növünün inkişafı, əqli imkanları […]