Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Birləşmiş İdman” (Unified Sports) proqramı çərçivəsində “03 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nə həsr olunmuş oğlanlar və qızlar arasında florbol yarışı keçirilib.

Yarışlarda xüsusi və yardımçı internat məktəblərinin nümayəndələri iştirak ediblər. Ümumilikdə 8 komandanın mübarizə apardığı yarışın sonunda qalib kollektivlər medal, diplom və xüsusi hədiyyələrlə təltif olunublar.