Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Birləşmiş İdman” proqramına uyğun olaraq qızlar və oğlanlar arasında futbol hazırlıq və yoxlama yarışları keçirilib.

Yarışlarda xüsusi və yardımçı internat məktəblərinin nümayəndələri iştirak edib. Ümumilikdə 10 komandanın mübarizə apardığı turnirin sonunda qalib kollektivlər medal, diplom və xüsusi hədiyyələrlə təltif olunublar.