Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə “Avropa Basketbol Həftəsi” çərçivəsində “Birləşmiş İdman” proqramı üzrə oğlan və qızlardan ibarət “3×3 Basketbol” turniri keçirilib.

Yarışlarda xüsusi və yardımçı internat məktəblərinin nümayəndələri iştirak edib. Ümumilikdə, 11 komandanın mübarizə apardığı turnirin sonunda qalib gələn kollektivlər medal, diplom və xüsusi hədiyyələrlə təltif ediliblər.